BAKI, 26 fevral - Sputnik. Braziliyanın San-Paulu ştatında yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb. Bu barədə RİA Novosti "G1" xəbər portalına istinadən xəbər yayıb.
“Tapılan cəsədlərin sayı artaraq 64-ə çatıb”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl qurbanların sayının 59 olduğu bildirilirdi.
Yağışlardan və torpaq sürüşmələrindən ən çox San Sebastian bələdiyyəsi zərər çəkib.
İnsanların axtarışı yeddinci gündür ki, davam edir. Küçələr sürüşmə nəticəsində yaranan palçıq kütləsi və dağıntılarla doludur. Hazırda təxminən 30 min kvadratmetr sahədə 150-dən çox xilasedici işləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.