SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bayramov Rusiyanın XİN rəhbəri Lavrovun Azərbaycana səfəri barədə

Azərbaycanlı nazir bildirib ki, Rusiya XİN rəhbərinin səfəri çərçivəsində ikitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə olunacaq.
Sputnik
BAKI, 26 fevral - Sputnik. Gələn həftənin əvvəli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır. Bunu jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Rusiya-Azərbaycan gündəliyi genişdir və hər zaman yığılmış məsələlər var ki, onları vaxtaşırı müzakirə etmək ehtiyac var", - deyə nazir bildirib.

Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, sözügedən görüş yaxşı fürsət olacaq.
"İkitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə predmeti olacaq", - C.Bayramov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.