VİDEO

Bakı və Moskva Qərbin təzyiqləri fonunda möhkəm əlaqələrini qoruyub saxlayıblar

Bir il sonra: Moskva Bəyannaməsi Rusiya ilə Azərbaycan arasındakı münasibətləri necə möhkəmləndirdi.
Sputnik
Bir il əvvəl Rusiya və Azərbaycan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. Moskva Bəyannaməsinin Bakıya və Moskvaya nə verdiyini videomuzda izləyin.
Son bir ildə Rusiya ilə Azərbaycan arasında münasibətlər, ABŞ və Avropa İttifaqının hədsiz təzyiqlərinə baxmayaraq, pisləşməyib.
Bunu Sputnik Azərbaycan-a müsahibəsində politoloq Sergey Markov söyləyib.
Politoloq qeyd edib ki, rəsmi Bakı Qərb dövlətlərinin təzyiqi ilə Rusiyaya qarşı bir dənə də olsun dost olmayan addım atmayıb.

"Ölkələrimizin əməkdaşlığında ən vacib şey artıq mövcud olan sahələrin, məhz: hərbi-texniki əməkdaşlıq, qarşılıqlı ticarətin artması və nəqliyyat dəhlizləri üzrə işin inkişafıdır", - deyə rusiyalı ekspert əmindir.

O vurğulayıb ki, bu gün Rusiya Bakı ilə Yerevan arasında münaqişədən sonrakı münasibətlərin normallaşmasında əsas rol oynayır.
Agentliyin həmsöhbəti hesab edir ki, mühüm istiqamətlərdən biri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır.
"Türkiyə ilə Rusiya arasında yaxşı münasibətləri nəzərə alsaq, əməkdaşlığın müxtəlif sahələrində üçtərəfli layihələrin yaradılması barədə düşünmək olar", - deyə Markov sözünü yekunlaşdırıb.
İqtisad elmləri doktoru Aleksey Zubets agentliyə müsahibəsində qeyd edib ki, hələ strateji müttəfiqlik bağlanmazdan əvvəl Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsində artım qeydə alınıb, infrastruktur sahəsində birgə layihələr həyata keçirilib.

"Azərbaycan Rusiyaya öz məhsullarının yeni bazar seqmentlərinə ixracını, xüsusən kimya məhsulları və maşınqayırma ixracında mövqeyini yaxşılaşdırıb", - deyə Zubets bildirib.

Ekspertin sözlərinə görə, nisbətən yaxınlarda imzalanmış Bəyannamə ticarət-iqtisadi əlaqələrin inkişafı və humanitar yardım sahəsində daha geniş əməkdaşlıq üçün əlavə təkan olub.
O, həmçinin qeyd edib ki, ruslar Azərbaycanla maliyyə əlaqələrinə maraqlarını xeyli artırıblar.

"Rusiya Azərbaycana yaxın olan Türkiyə ilə yaxşı münasibətlər qurur və bu üçbucağın qarşılıqlı əlaqəsinin təşkili əlavə imkanlar yaradır", - iqtisadçı buna əmindir.

Agentliyin həmsöhbəti qeyd edib ki, Rusiya və Azərbaycan coğrafiya, ortaq keçmiş və Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi zərurətinə görə əməkdaşlığın dərinləşməsinə məhkumdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.