BAKI, 25 fevral - Sputnik. Dünən Bakıda yol qəzasında yaralanan 5 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə TƏBİB-dən bildirilib.
Əlavə olunub ki, hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir.
Ümumilikdə, TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə baş verən hadisə ilə əlaqədar 5 nəfər yerləşdirilib:
“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində xəsarət alan bir nəfər ailəsinin istəyilə özəl tibb müəssisəsinə, iki nəfər isə vəziyyətlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunublar. Hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir. Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunan xəstələrdən biri ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə öz ərizəsi ilə tibb müəssisəsini tərk edib”, - deyə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, dünən saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.