BAKI, 24 fevral — Sputnik. Bakıda neft və tikinti tullantılarının idarə olunması üzrə infrastruktur mövcud deyil.
Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini İman Quliyev deyib.
Onun sözlərinə görə, Bakı şəhərində formalaşan bərk məişət tullantılarının idarə edilməsi üçün Balaxanı qəsəbəsində infrastruktur var:
"Qaradağ və Xəzər rayonlarında isə ötürücü məntəqələr mövcuddur. Lakin təəssüf ki, neft və tikinti tullantılarının idarə olunması üzrə isə Bakıda infrastruktur mövcud deyil. Formalaşn tullantılar qanunsuz olaraq pərakəndə şəkildə idarə olunur.
Təhlükəli tullantıların isə Qaradağ rayonu ərazisində SOCAR-a, Abşeron rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus tullantı mərkəzləri vasitəsilə idarə olunması həyata keçirilir" (APA).