BAKI, 24 fevral — Sputnik. ABŞ dövlət katibi Entoni Blinkenin və onun siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Rusiyaya irrasional nifrəti Amerika tərəfini dünya müharibəsinə sürükləyəcək.
Bu fikri "Twitter"də respublikaçı konqresmen Pol Qosar bildirib.
"Həm Nuland, həm də Blinkenin Rusiyaya qarşı kök salmış məntiqsiz nifrətləri var. Onlar ABŞ-ı başqa bir dünya müharibəsinə sürükləməyə çalışırlar", - deyə o yazıb.
Qosar, əvvəllər Nulandı Ukraynada münaqişəni gərginləşdirməyə çalışmaqda ittiham edən amerikalı iş adamı İlon Maskla razılaşıb.
"Bunlar hamımızın ölümünə səbəb ola biləcək təhlükəli axmaqlardır", - deyə konqresmen fikrini bildirib .
Bundan əvvəl Amerikanın keçmiş lideri Donald Tramp xəbərdarlıq etmişdi ki, dünya üçüncü dünya müharibəsi astanasındadır və qlobal münaqişə heç vaxt bu qədər yaxın olmayıb, lakin bunun günahkarı ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi "korrupsioner Vaşinqton isteblişmenti"dir.