BAKI, 24 fevral — Sputnik. ABŞ Prezidenti Co Bayden "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində partlayışların hazırlanmasında iştirak edən komandanın planını təsadüfən açıqlayıb. Bunu ABŞ jurnalisti Seymur Herş deyib.
"Prezident mətbuat konfransında qeyd edib ki, onlar "Şimal axını"nın fəaliyyətini dayandıracaqlar. ABŞ-ın bunu necə edəcəyi sualına Bayden belə cavab verib: "Biz bunu necə edəcəyimizi bilirik. Bunu edə bilərik", - deyə Herş ABŞ liderinin "RT"yə verdiyi müsahibəsi zamanı dediyi sözlərini sitat gətirib.
Jurnalistin sözlərinə görə, "Şimal axınlar"ında təxribatlar gizli əməliyyat kimi planlaşdırılıb. Herş bildirib ki, ABŞ prezidenti qaz kəmərinin fəaliyyətini dayandırmaq niyyətindən danışarkən partlayıcı maddələr artıq bir neçə ay idi ki, Baltik dənizinin dərinliyində idi.
2023-cü il fevralın 8-də Seymur Herş qeyd edib ki, 2022-ci ilin yayında NATO təlimləri zamanı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin altına partlayıcı maddələr ABŞ dalğıcları tərəfindən yerləşdirilib.
Ötən həftə Rusiya BMT Təhlükəsizlik Şurasına "Şimal axını" boru kəmərlərində baş verən partlayışların araşdırılması ilə bağlı qətnamə layihəsi təqdim edib. Buna təşkilatın Təhlükəsizlik Şurasının fevralın 21-də keçiriləcək iclasında baxılmalı idi, lakin bu, qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, terror aktından zərər çəkmiş boru kəmərlərində aparılan təmir işlərinin dəyəri ən azı 500 milyon dollar qiymətləndirilir.