CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayanlara müvəqqəti yaşamaq üçün icazə veriləcək

Yeniliklə nominal dəyəri azı 100 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 100 min manat dəyərində dövlət qiymətli kağızlarına sahib olduqda müvəqqəti yaşamaq üçün icazə veriləcək.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda qəbul müzakirəyə çıxarılıb.
Belə ki, yeniliklə nominal dəyəri azı 100 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib (Report).