SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqının xüsusi nümayəndəsi İrəvana gəlib

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb ki, Münxen görüşlərindən sonra bir sıra məsləhətləşmələr üçün regiona qayıdıb.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar yenidən Ermənistana gəlib. Bu barədə o, "Twitter" hesabında məlumat verib.
"Liderlərin Münxen görüşlərindən sonra bir sıra məsləhətləşmələr üçün regiona qayıdıram. Mən İrəvandan başlayacağam. Yaxşı görüşləri səbirsizliklə gözləyin", - Avropa rəsmisi yazıb.
Bundan əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan liderləri ABŞ dövlət katibinin vasitəçiliyi və iştirakı ilə görüşüblər. Ermənistanın baş naziri Nikol Paşinyan da Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişellə ayrı-ayrılıqda danışıqlar aparıb.