SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistana üçtərəfli görüş təklifi göndərib

ABŞ Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır.
Sputnik
BAKI, 24 fevral — Sputnik. Üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Onun sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır: "Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq".
Qeyd edək ki, N.Prays daha əvvəl yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında üçtərəfli görüşün planlaşdırıldığını söyləyib (report).
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 18-də Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş olub.