BAKI, 23 fevral — Sputnik. Xankəndidəki separatçı tör-töküntülərinin "dövlət naziri" Ruben Vardanyan "postu"nu itirib. Separatçıların başçısı Araik Arutunyan bu gün Ruben Vardanyanın "vəzifə"sindən azad olunduğunu elan edib.
Vardanyanı qondarma rejimin "baş prokuroru" Qurgen Nersisyan əvəz edəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı bildirmişdi ki, Azərbaycan Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırdır:
"Bu gün mən bunu Dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.