BAKI, 23 fevral - Sputnik. Rusiya hökuməti Azərbaycanla pensiya əməkdaşlığı haqqında sazişi ratifikasiyaya Dövlət Dumasına təqdim edib.
Sənədə əsasən, azərbaycanlılar üçün pensiya hesablanarkən Rusiya Federasiyasında işləyərkən qazandıqları, rusiyalılar üçün isə Azərbaycanda işləyərkən qazandıqları stajlar nəzərə alınacaq.
Sazişi iki ölkənin baş nazirinin müavinləri - Şahin Mustafayev və Aleksey Overçuk 2022-ci il aprelin 26-da Bakıda imzalayıblar.
Xatırladaq ki, Rusiya bundan əvvəl 2023-cü il yanvarın 1-dən MDB vətəndaşları üçün pensiya təminatı haqqında sazişdən çıxdığını bəyan etmişdi.
Bu, Rusiya Federasiyasında miqrasiya axınlarının artması və müvafiq olaraq, ölkə büdcəsinə əlavə yük olması ilə izah olunur. Eyni zamanda, bu dəyişikliklər mövcud pensiyaçılara heç bir şəkildə təsir etməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.