RUSİYA

Paşinyan Münhendə Əliyevlə görüş barədə Putinə məlumat verib

Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər kompleksinin praktiki icrası məsələlərinə toxunublar.
Sputnik
BAKI, 23 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikolay Paşinyan arasında telefon danışığı olub. Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Paşinyan Rusiya liderinə Azərbaycan prezidenti İlham Əliyevlə Münhendə keçirilən görüş barədə məlumat verib.

“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Danışıq zamanı Ermənistan lideri fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü, eləcə də xarici tərəfdaşlarla digər danışıqları barədə məlumat verib”, - deyə məlumatda qeyd olunur.

Bundan əlavə, tərəflər “regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər kompleksinin praktiki icrası məsələlərini” müzakirə ediblər.
"Ermənistan-Azərbaycan sərhədindəki hazırkı vəziyyətə də toxunulub. Bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə təmaslar davam etdiriləcək", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 18-də Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.