TƏHSİL

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı - Səhv cavablar düz cavablara təsir edəcək

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru bildirib ki, asan və orta səviyyəli sualları cavablandıra bilməyən namizədlər bəzən yüksək çətinlikdə olan suallara düzgün cavab verirlər.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirilmə çərçivəsində dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
O qeyd edib ki, əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı.
"Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib".
İnstitut rəsmisi əlavə edib ki, sualların çətin olması tək ibtidai təhsil səviyyəsində deyil bütün səviyyə üçün keçərlidir: "Hər bir qiymətləndirmə özünə uyğun çərçivədə çətinlik dərəcəsi də fərqlidir. MİQ imtahanının çətin olması rəqabətliliyin artması üçün önəmlidir".
N.Mehdiyeva söyləyib ki, metodika və pedaqogika üzrə hüquqi savadlılıqda məzmun sahələri və sual sayı azaldılaraq 1-ə endirilib.
Qeyd edək ki,müəllimlər işə qəbulu imtahanında səhvlərin düzgün cavablara təsir edəcək. N.Mehdiyeva bunu belə əsaslandırıb ki, müəllimlərin işə qəbulu imtahanında səhvlərin düzgün cavablara təsiri bu istiqamətdə aparılmış təhlillərin nəticəsində verilmiş qərardır.
Onun sözlərinə görə, təhlillər onu göstərir ki, asan və orta səviyyəli sualları cavablandıra bilməyən namizədlər bəzən yüksək çətinlikdə olan suallara düzgün cavab verirlər:

"Bu, tapmaca xarakterli cavablandırmanın nəticəsidir. Ona görə də MİQ imtahanlarında səhv cavabların doğru cavablara təsiri qaydası tətbiq edilib".

Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.