BAKI, 23 fevral — Sputnik. Rusiyanın müasir tarixində Aya ilk missiyanın başlandığı elan edilib. Bu barədə TASS "Roskosmos"un mətbuat xidmətinə istinadənməlumat yayıb.
Dövlət korporasiyasından bildirilib ki, astronomik "pəncərə" nəzərə alınmaqla "Luna-25" avtomatik stansiyasının işə salınması 2023-cü il iyulun 13-nə planlaşdırılıb.
"Roskosmos"un baş direktoru Yuri Borisov 2022-ci ilin sentyabrında Rusiya tarixində Aya ilk missiyanın 2023-cü ilə qədər təxirə salındığını elan edib.
Ötən il aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ay proqramının bərpa olunduğunu elan edib. O əlavə edib ki, Rusiya xarici təzyiqlərə baxmayaraq, kosmik sektorda bütün planlarını ardıcıl və israrla həyata keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.