RUSİYA

Minsk razılaşmaları adı altında Qərb Kiyevi Rusiya ilə müharibəyə hazırlayıb - Nebenzya

Rusiyanın təşkilatdakı daimi nümayəndəsi bildirib ki, amerikalıların və avropalıların razılığı və şərikliyi ilə Kiyevdə əsl avtoritar, despotik rejim formalaşıb və ardıcıl olaraq silahlanıb.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Minsk razılaşmaları adı altında Qərb Kiyevi Rusiyada müharibəyə hazırlayıb. Bunu BMT Baş Assambleyasının fövqəladə xüsusi sessiyasında Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

"Bir sıra istefada olan Qərb liderlərinin məlum açıqlamaları sayəsində bu gün şübhə yoxdur ki, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş Minsk razılaşmaları pərdəsi altında Qərb məqsədyönlü şəkildə Ukraynanı ölkəmizə qarşı müharibəyə hazırlayıb", - deyə Nebenzya bildirib.

Onun sözlərinə görə, amerikalıların və avropalıların razılığı və şərikliyi ilə Kiyevdə həqiqətən də avtoritar, despotik rejim formalaşıb və ardıcıl olaraq silahlanıb.
Nebenzya bildirib ki, Kiyev rejimi ona müxalif olan və Rusiya ilə hansısa şəkildə bağlı ola biləcək hər şeyi sistemli şəkildə məhv edib.
"Əhalinin əksəriyyəti üçün rus dilinin doğma olduğu və uzun əsrlər boyu bizim dilimizlə mədəni vəhdətdə olan bir ölkədə belə bir siyasət əslində cəmiyyəti bağlayan təməlləri sarsıtmaq və Ukraynada "Anti-Rusiya" kimi süni paradiqma qurmaq demək idi", - deyə Nebenzya vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.