BAKI, 23 fevral — Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) martın ortalarından Gəncədən Moskva və Sankt-Peterburqa reyslər açacaq. Sputnik Azərbaycan-ın AZAL-a istinadən məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Şirkətdən verilən məlumata görə, Bakı - Moskva - Gəncə - Moskva - Bakı istiqamətində ilk uçuş martın 17-də yerinə yetiriləcək. AZAL bu marşrut üzrə həftədə üç dəfə - bazar ertəsi, cümə və şənbə günləri reyslər həyata keçirməyi planlaşdırır.
Bundan əlavə, martın 19-dan aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt-Peterburq - Bakı marşrutu üzrə həftədə bir dəfə - bazar günləri tezliyi ilə uçuşlar həyata keçirməyə başlayacaq.
AZAL əlavə edib ki, iyun ayından etibarən hər iki marşrut üzrə - müvafiq olaraq çərşənbə və cümə axşamı günləri uçuş cədvəlinə bir tezlik əlavə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.