SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar keçiriləcək - Ned Prays

Son aylar ərzində Bakı ilə İrəvan sülh sazişinə dair irəliləyiş əldə ediblər, fevralın 18-də Münxendə ABŞ Dövlət katibi Entoni Blinken bu barədə artıq bəyan edib.
Sputnik
BAKI, 23 fevral — Sputnik. ABŞ Dövlət Departamentinin spikeri Ned Prays yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşması üzrə danışıqlarının anonsunu verib. Bu barədə "İnterfaks Azərbaycan" məlumat yayıb.
Prays brifinqdə qeyd edib ki, görüş Aİ Şurasının prezidenti Şarl Mişel tərəfindən təşkil olunacaq.
ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, "tərəflər yaxın günlərdə Aİ Şurasının prezidenti Şarl Mişel tərəfindən təşkil olunmuş danışıqlar üçün toplanacaqlar".
Prays bir daha bəyan edib ki, son aylar ərzində Bakı ilə İrəvan sülh sazişinə dair irəliləyiş əldə ediblər, fevralın 18-də Münxendə ABŞ Dövlət katibi Entoni Blinken bu barədə artıq bəyan edib.
Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Vaşinqtonda "bu irəliləyişin davam etməsini" görməyi ümid edirlər və "bütün mümkün vasitələrlə hərtərəfli nizamlanmanın əldə olunmasına yönələn dialoq və diplomatıyanı dəstəkləməyə" davam edəcəklər.
Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.