Bazar ertəsi Venesiyada suyun səviyyəsi normadan 70 santimetr aşağı düşüb. Kanallar o qədər dayazlaşıb ki, dibindəki palçıqlar aydın şəkildə görünür. Ən dərin kanalda - Böyük kanalda - sarayların təməlləri görünməyə başlayıb.
Venesiya kanallarında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq, qondolyerlar demək olar ki, işsiz qalıblar. Vəziyyət olduqca qeyri-adidir, çünki " kanallar şəhəri" nin əsas problemi daşqınlar olub.
Ekspertlər bunu İtaliyada son 70 ildə ilk dəfə baş verən ən pis quraqlıq ilə əlaqələndirirlər. Quraqlıqdan əlavə, Venesiyadakı mövcud vəziyyətə Avropanın əhəmiyyətli hissəsini əhatə edən antisiklon da təsir edib. Bununla yanaşı, daşqınların qarşısını almaq üçün yaradılmış baryer suyun bir hissəsinin axmasının qarşısını alır.