RUSİYA

Ryabkov: Fransa, Britaniya və ABŞ ilə silahlara nəzarət üzrə heç bir əlaqə planlaşdırılmır

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, hərbi planlaşdırma, öz təhlükəsizliyimizi təmin etmək baxımından, Britaniya və Fransa potensialını nəzərdən qaçırmaq olmaz.
Sputnik
BAKI, 22 fevral — Sputnik. Rusiya ilə ABŞ arasında nüvə silahlarına nəzarət üzrə dialoqun bərpa edilib-edilməyəcəyi məlum deyil. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Əlbəttə, biz London və Parisin hansı xəttə və hansı qərarlar qəbul etməsinə xüsusi diqqət yetirəcəyik. Bu artıqartıq hipotetik olaraq faktor kimi qəbul edilə bilməz, amerikalılarla dialoqumuz yoxdur və onun bərpa edilib-edilməyəcəyi isə məlum deyil", - o, jurnalistlərə bildirib.
"Ancaq hərbi planlaşdırma, öz təhlükəsizliyimizi təmin etmək baxımından, Britaniya və Fransa potensialını nəzərdən qaçırmaq olmaz. İndi bu, ABŞ-la birlikdə Rusiyaya qarşı yönəlmiş vahid yumruq kimi nəzərdən keçiriləcək", - Ryabkov əlavə edib.
XİN müavini bildirib ki, hazırda Fransa, Britaniya və ABŞ ilə silahlara nəzarət üzrə heç bir əlaqə planlaşdırılmır.
Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Rusiyanın Rusiya-ABŞ Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırdığını bildirib və ancaq ölkənin bu müqavilədən çıxmadığını vurğulayıb. O qeyd edib ki, müzakirəyə qayıtmazdan əvvəl biz özümüz başa düşməliyik ki, Fransa və Böyük Britaniya kimi ölkələr hələ də nəyə iddia edir və onların strateji arsenallarını, yəni (Şimali Atlantika) İttifaqın birgə zərbə potensialını nəzərə alacağıq.