RUSİYA

Moskva Bakı və İrəvanı münasibətlərin normallaşdırılması üzrə işi bərpa etməyə çağırır

Zaxarova: "Rusiya tərəfi ardıcıl olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verir".
Sputnik
BAKI, 22 fevral - Sputnik. Moskva Bakı və İrəvanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində ritmik işi tez bir zamanda bərpa etməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Rusiya tərəfi ardıcıl olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verir, Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin nizamlanması üçün ciddi səylər göstərirlər.... Biz Bakı və İrəvandakı tərəfdaşlarımızı ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətlərinin hər biri üzrə ritmik birgə işi bərpa etməyə çağırırıq”, - deyə Zaxarova brifinqdə bildirib.
O əlavə edib ki, "ötən il dekabrın 12-dən xeyriyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində bölgəyə 2,5 tondan çox humanitar yük gətirilib".
“Bakı və İrəvanla dialoqda biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatlarına uyğun olaraq Laçın dəhlizinin tam fəaliyyətinin bərpasına kömək edəcək qarşılıqlı məqbul həll yollarının axtarışını davam etdiririk. Dağlıq Qarabağda humanitar vəziyyət”, - XİN nümayəndəsi əlavə edib.
RUSİYA
Ermənistan və Azərbaycan vasitəçilikdə maraqlı olduqlarını təsdiqləyiblər - Zaxarova