AZƏRBAYCAN XƏBƏRLƏRİ

Xüsusi karantin rejiminin müddəti yenidən uzadıldı

Nazirlər Kabinetinin qərarında deyilir ki, Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.