AZƏRBAYCAN XƏBƏRLƏRİ

Səfirlik məlumat yaydı: viza sənədlərinin qəbulu müvəqqəti dayandırılıb

Müəyyən səbəblərdən VFS Global Viza mərkəzində Latviya, Estoniya və Sloveniya üçün Şengen viza sənədlərinin qəbulu müvəqqəti olaraq dayandırılır.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Bakıda fəaliyyət göstərən VFS Global mərkəzi Latviya, Estoniya və Sloveniyaya Şengen viza sənədlərinin qəbulunu müvəqqəti dayandırıb.
Bu barədə Latviyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
"️Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi təəssüflə qeyd edir ki, müəyyən səbəblərdən VFS Global Viza mərkəzində Latviya, Estoniya və Sloveniya üçün Şengen viza sənədlərinin qəbulu müvəqqəti olaraq 24 fevral 2023-cü il tarixinə kimi dayandırılır", - səfirliyin bəyanatında deyilir.