TƏHSİL

Şagirdlərin yerdəyişməsinə başlanıldı

Bu gün 11:00-dan etibarən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Bu gündən şagirdlərin yerdəyişməsinə başlanılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün 11:00-dan etibarən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib.
Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Qeyd edək ki, bu tarixdən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmır.