BAKI, 21 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciət edir.
Konstitusiyaya uyğun olaraq, Rusiya Prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun bir qədər əvvəl dediyi kimi, dövlət başçısı "mövcud vəziyyətlə bağlı" mesajında əsas vurğulardan birini - Ukraynada həyata keçirilən Xüsusi Hərbi Əməliyyatın üzərinə qoyacaq. O həmçinin iqtisadiyyat və sosial problemlərlə bağlı məsələlərə də diqqət yönəldəcək.
Bir qayda olaraq, mərasimə minə yaxın qonaq dəvət olunur: Dövlət Dumasının deputatları və senatorları, hökumət üzvləri, prezident adminstrasiyasının yüksək vəzifəli məmurları, Baş Prokurorluğun, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, region başçıları, Mərkəzi Seçki Komissiyasının, Hesablama və İctimai Palataların sədrləri, əsas konfessiyaların rəhbərləri.
Builki dəvətlilər arasında yeni kateqoriyadan qonaqlar - xüsusi hərbi əməliyyatın iştirakçıları da var.