DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran hakimiyyəti Avropa İttifaqına sanksiyalar tətbiq edəcək

Kənani bildirib ki, İran İslam Respublikası sanksiyalara cavab olaraq tezliklə əks-sanksiya siyahısını açıqlayacaq.
Sputnik
BAKI, 21 fevral — Sputnik. İran hakimiyyəti Avropa İttifaqının Tehrana qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə cavab olaraq öz sanksiyalarını tətbiq edəcək.
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani Aİ-nin bəzi iranlılara və İran şirkətlərinə qarşı tətbiq etdiyi son sanksiyalara münasibət bildirib. Kənani bildirib ki, İran İslam Respublikası sanksiyalara cavab olaraq tezliklə əks-sanksiya siyahısını açıqlayacaq.
Bazar ertəsi Aİ Şurası İranda insan haqlarının pozulması iddiası ilə İrana qarşı yeni sanksiyalar tətbiq edərək, daha 32 fiziki şəxsi və 2 qurumu qara siyahıya salıb.