BAKI, 21 fevral — Sputnik. Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, dünən Xalq artisti Arif Babayevin 85 yaşı tamam olub.
Prezident İlham Əliyevin imzaladığı digər bir sərəncamla Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə "Şərəf" ordeni ilə təltif edilib.
Qeyd edək ki, fevralın 23-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin 70 yaşı tamam olur.