BAKI, 21 fevral — Sputnik. Pakistan hökuməti Azərbaycandan ödəniş müddətinin ertələnməsi ilə neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) almaq niyyətindədir.
Bu barədə "Report" Pakistanın "ARY News" nəşrinə istinadən məlumat verir.
Bildirilir ki, bu məqsədlə Pakistanın neft üzrə dövlət naziri Musadik Malik Azərbaycanda səfərdədir.
Belə ki, bu ölkənin neft üzrə dövlət nazirinin ölkəmizə səfərinin məqsədi Pakistan və Azərbaycan arasında neft məhsulları və LNG idxalı barədə razılığın əldə edilməsi üzrə danışıqların aparılmasıdır.
M. Malikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 23-dək davam edəcək.
Məlumatda deyilir ki, səfər zamanı nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə görüş keçirəcək.