BAKI, 21 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,84 dollar azalaraq 83,2 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 76,3 dollar təşkil edib.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,15 dollar və ya 0,18% azalaraq 85,19 dollar olub.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokollarının dərc olunması ərəfəsində neft ucuzlaşıb. Bazar iştirakçıları fevral iclasının protokollarında FED-in gələcək monetar siyasəti ilə bağlı ipucular əldə edəcəklərinə ümid edirlər. Sabah fevral iclasının protokolları açıqlanacaq.
Qeyd edək ki, fevral ayında FED uçot dərəcəsini 0,25 faiz artıraraq faiz dərəcəsi 4,50 faizdən 4,75 faizə çatdırılıb. Qeyd edilib ki faiz dərəcəsinni artırılmasının səbəbi inflyasiyanı 2 faizə endirməkdir. Eyni zamanda, FED sədri Jerome Povel ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini daha da artıracağı ehtimalının olduğunu da bildirib.
2022-ci ildə FED uçot dərəcəsini yeddi dəfə artırıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.