DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Baş katibindən Putinin qərarına münasibət

Yens Stoltenberq bildirib ki, Rusiyanı bu qərara yenidən baxmağa və mövcud razılaşmaya qayıtmağa çağırır.
Sputnik
BAKI, 21 fevral — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyasının Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsində (START) iştirakını dayandırmaq qərarından təəssüfləndiyini bildirib və Moskvanı bu addımı yenidən nəzərdən keçirməyə çağırıb.
"Rusiyanın Strateji Hücum Silahları Məhdudlaşdırılması Müqaviləsində iştirakını dayandırmaq qərarından təəssüflənirəm. Mən Rusiyanı bu qərara yenidən baxmağa və mövcud razılaşmaya qayıtmağa çağırıram", - o, çərşənbə axşamı Brüsseldə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, START qərarı ilə silahlara nəzarətin bütün arxitekturası aradan qaldırılıb.
Stoltenberq vurğulayıb ki, daha çox silah və daha az nəzarəti olan silah dünyanı daha təhlükəli bir yerə çevirir.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırdığını bəyan edib.
RUSİYA
RF Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsində iştirakını dayandırdı