HƏRBİ

Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırıb

Döyüş sursatlarının utilizasiya prosesifevralın 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesifevralın 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq.