AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda işsizlik azalıb? Maraqlı statistika

Dövlət Statistika Komitəsinin məlumatına görə, işsizlərin sayının azalması nəticəsində ölkədə işsizlik səviyyəsi 5.95%-dən 5.6%-ə qədər azalıb.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Cari ilin yanvar ayında Azərbaycanda işsiz statuslu şəxslərin sayı 302.4 min nəfərə bərabər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövründə 315.8 min nəfərə bərabər idi. İşsizlərin sayının azalması nəticəsində ölkədə işsizlik səviyyəsi 5.95%-dən 5.6%-ə qədər azalıb.
Qeyd edək ki, hesabat dövründə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 mln. 358,9 min nəfər olub, onlardan 5 mln. 056,5 min nəfərini məşğul əhali təşkil edib.