RUSİYA

RF Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsində iştirakını dayandırdı

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını söyləyib.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Rusiya Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Haqqında (START) Müqavilədə iştirakını dayandırır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
Rusiya lideri ölkəsinin müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını söyləyib.
Putin qeyd edib ki, Vaşinqton nüvə silahının təbii sınağı haqqında düşünür, belə məlumatlar var:
"ABŞ bunu ilk etsə, Rusiya Müdafiə Nazirliyi və Rosatom Rusiyanın nüvə silahlarını sınaqdan keçirməyə hazır olduğunu təmin etməlidir".
Putinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın strateji aviasiyasını vurmaq cəhdlərində Qərbin əli var. O, Rusiyanın Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Haqqında Müqaviləsi üzrə təkliflərinin ABŞ tərəfindən rədd edildiyinə və NATO-nun Rusiyaya strateji məğlubiyyət vermək istədiyinə diqqət çəkib.
"Rusiya buna göz yuma bilməz və ona görə də, Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Haqqında Müqavilədə iştirakını dayandırır", - Rusiya dövlətinin başçısı vurğulayıb.
Putin Rusiya Federasiyasının müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını vurğulayıb.
"NATO strateji hücum silahlarına dair müqavilənin tərəfi olmaq üçün faktiki müraciət edib. Buyurun. Belə bir bəyanatın verilməsi çoxdan gecikib. Təkcə ABŞ nüvə arsenalına malik deyil, o, həm də Rusiyaya qarşı yönəlib", - Rusiya prezidenti izah edib.
O qeyd edib ki, ilk START tamamilə fərqli şəraitdə, Rusiya və ABŞ-ın bir-birini rəqib kimi qəbul etmədiyi bir vaxtda imzalanıb.
Prezident hesab edir ki, indi ABŞ Rusiyaya ultimatumlar verir. START-a qayıtmaq üçün Rusiya NATO ölkələrinin birləşmiş zərbə arsenalının necə nəzərə alınacağını başa düşməlidir.
RUSİYA
Rusiya Prezidenti: Qərb elitası total yalanların simvoluna çevrilib