BAKI, 21 fevral — Sputnik. Avropa İttifaqı Ukrayna üçün silah və sursat alışını əvvəlcədən maliyyələşdirmək üçün öz büdcəsindən 1 milyard avro məbləğində vəsaitdən istifadə etməyi düşünür.
Bu barədə çərşənbə axşamı "Faynenşl Tayms" qəzeti Aİ rəhbərliyindəki məmurlara istinadən məlumat verib.
"Müdafiə sənayesini fəal işləməyə məcbur etmək üçün yeni bir stimula ehtiyacımız var", - deyə onlar belə bir sxemin yaradılmasının səbəblərini şərh ediblər.
Rəsmilərin sözlərinə görə, Avropa Komissiyasının bu təklifinin yekun variantı martın 7-8-də müdafiə nazirlərinin görüşünə qədər Aİ ölkələrinin nümayəndələrinə göndəriləcək.
Nəşr bu cür tədbirlərin NATO-nun baş katibi Yens Stoltenberqin və bir sıra yüksək səviyyəli Avropa rəsmilərinin bəyanatlarına görə, Ukraynanın silah və sursata olan tələbatını ödəməyə çalışan və bu səbəbdən "gərgin vəziyyətdə" olan Avropa İttifaqı ölkələrinin hərbi-sənaye kompleksinin işini stimullaşdırmaq üçün lazım olduğunu dəqiqləşdirir.
Bazar ertəsi, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrel bildirib ki, o, Ukraynaya silah tədarükünün sürətləndirilməsi ilə bağlı təklifləri martın 7-8-də keçiriləcək iclasda icmanın 27 ölkəsinin müdafiə nazirlərinə təqdim edəcək.