BAKI, 21 fevral — Sputnik. AB ölkələrinin bəzi nümayəndələri öz iqtisadiyyatlarına zərər verə biləcək addımlara müqavimət göstərməyə başlayıblar: söhbət, məsələn, neft və qaz tədarükündə ciddi məhdudiyyətlərdən gedir. Onlardan fərqli olaraq, Rusiya iqtisadiyyatı bu şəkildə məhdudiyyətlərin nəticələrinin öhdəsindən gələ bilər.
"Politico" bu barədə yazıb.
Əksər avropalı diplomatlar etiraf ediblər ki, anti-Rusiya sanksiyalarının əsl məqsədi heç vaxt Ukraynada döyüşləri dayandırmaq cəhdi olmayıb. "Politico"nun həmsöhbətləri etiraf ediblər ki, reallıqda Aİ Kremli zəiflətməyə çalışıb.
Rusiyaya qarşı yeni sanksiyalar paketi Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasının ildönümünə təsadüf edəcək, lakin fevralın 24-dək bu barədə razılığa gəlmək planlaşdırılıb. Yeni qara siyahıya Rusiya Federasiyasında İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovanı, Moskva vilayəti hökuməti sədrinin müavini Vyaçeslav Duxini və Başqırdıstanın ailə, əmək və əhalinin sosial müdafiəsi naziri Lenara İvanovanı daxil etmək planlaşdırıılb.