RUSİYA

Slutski açıqladı: İranla vahid rəqəmsal valyuta reallaşa bilər

Bu məsələ Rusiya nümayəndə heyətinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılığı ilə yanvar ayında İrana səfəri zamanı damüzakirə olunub.
Sputnik
BAKI, 20 fevral — Sputnik. İranla vahid rəqəmsal valyuta ilin sonuna kimi reallaşa bilər, bu, perspektivli istiqamətdir. Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski RİA Novosti-yə bildirib.
Bundan əvvəl Dövlət Dumasının Rəqabətin Müdafiəsi Komitəsinin rəhbəri Valeri Qartunq RİA Novosti-yə bildirmişdi ki, Rusiya və İran beynəlxalq ödənişlər üçün vahid rəqəmsal valyutanın yaradılmasını müzakirə edirlər, bu məsələ Rusiya nümayəndə heyətinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılığı ilə yanvar ayında İrana səfəri zamanı da müzakirə olunub.
Slutski qeyd edib ki, bu çox qabaqcıl ideyadır.
Fevralın əvvəlində Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov RİA Novosti-yə müsahibəsində bildirib ki, Rusiya və İran ixrac-idxal əməliyyatları üçün rəqəmsal valyutalardan istifadə imkanlarını araşdırır.
Onun sözlərinə görə, proses hazırlıq mərhələsindədir. Məsələ dəqiq ekspert araşdırması, o cümlədən lazımi hüquqi bazanın yaradılmasını tələb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.