BAKI, 20 fevral - Sputnik. Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının “Şimal axını”nda təxribat məsələsinə həsr olunmuş iclası çərşənbə axşamı saat 15.00-da (Bakı vaxtı ilə 00.00) keçiriləcək. Bu barədə RİA Novosti-yə BMT-dəki mənbə bildirib.
“BMT Təhlükəsizlik Şurasının “Şimal axını” boru kəmərləri ilə bağlı iclası sabah günorta (saat 15.00-da) keçiriləcək", - deyə agentliyin müsahibi bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya “Şimal axını”nın zədələnməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının fevralın 22-də iclasının keçirilməsini xahiş edib.
Rusiyanın Avropaya eyni anda iki ixrac qaz kəmərinə - "Şimal axını 1" və "Şimal axını 2"yə hücumlar 2022-ci il sentyabrın 26-da baş verib.
Almaniya, Danimarka və İsveç hadisənin məqsədyönlü təxribat olduğunu istisna etməyiblər.
“Şimal axını”nın operatoru “Nord Stream AG” qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib.
Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı ilə bağlı iş açıb. Oktyabrın 31-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, “Qazprom”a partlayış yerinə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona yoxlama barədə məlumat verib.
Rusiya lideri həmçinin bildirib ki, qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.