CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən ay Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunan narkotacirlərin sayı nə qədərdir?

Ötən ay ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə mindən artıq cinayət faktı aşkarlanıb.
Sputnik
BAKI, 20 fevral — Sputnik. 2023-cü ilin yanvar ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1050 cinayət faktı aşkarlanıb.
Bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.
Onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 674 kq 760,289 qr narkotik vasitələrinvə psixotrop maddələrin 218 kq 743,7 qr-nı heroin, 391 kq 912,157 qr-nı marixuana, 12 kq 629,341 qr-nı tiryək, 32 kq 320,25 qr-nı həşiş, 18 kq 944,491 qr-nı psixotrop maddələr, 210,35 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 8970 ədəd həb metadon, çəkisi 1kq 400qr olan 28 ədəd çətənə bitkisi, eləcə də 194,4qr və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 631 nəfər cəlb edilib ki, onlardan 18-25 yaşadək 39 nəfər, 26-29 yaşadək 92 nəfər, 30 yaş və ondan yuxarı isə 500 nəfər təşkil edir. Həmin şəxslərdən 611-i kişi, 20-si qadın olmuşdur.Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11nəfəri xarici ölkə vətəndaşıdır.
Bundan başqa, ötən ay Azərbaycanda narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır.
Məlumata görə, ötən ay cinayət məsuliyyətinə cəlb edilmiş 11 nəfər xarici ölkə vətəndaşından 9-u İran İslam Respublikası, 1-i Türkiyə, 1-i Rusiya Federasiyası vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 27 kq 335,616 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.