İQTİSADİYYAT

Ölkəmizdə bəzi faydalı qazıntı yataqları hərraca çıxarılacaq

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 29 mart 2023-cü il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Sputnik
BAKI, 20 fevral — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.Bu barədə Dövlət Xidmətindən bildirilib.
Keçiriləcək növbəti hərraca Abşeronda yerləşən "Qobu" gil yatağı (5 ha), "Güzdək" əhəngdaşı yatağı (5 ha), Ağdamda olan "Qarqarçay" qum-çınqıl yatağı (5 ha), Şəmkirdə "Alabaşlı" hematit yatağı (5,34 ha), Göygöldə "Qızılca" plagioporfir yatağı (3 ha), Qubada "Qorxmazoba" qum-çınqıl yatağı (25 ha), Ağcabədidə "Şahmalı" qum-çınqıl yatağı (2 ha) investorlara təklif olunacaq.
İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 29 mart 2023-cü il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/33aw8P) və "Özəlləşdirmə portalı"nda (https://clck.ru/33awDf) tanış olmaq olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.