BAKI, 20 fevral — Sputnik. Musiqi və rəqs yenə Braziliyanın bir çox şəhərlərinin küçələrini əhatə edib, lakin ən parlaq və ən böyük təntənəli yürüş Rio-de-Janeyroda, Sambadromda baş tutub. Karnaval yürüşləri üçün nəzərdə tutulmuş bu xüsusi təchiz olunmuş küçədə müxtəlif samba məktəbləri və yaradıcı qruplar öz bacarıqlarını nümayiş etdiriblər.
Braziliyanın Turizm Nazirliyi ölkə daxilində keçirilən karnavaldan təxminən 46 milyon yerli və xarici turisti cəlb edəcəyini gözləyir. Onlar üçün avtobusların və reyslərin sayı artırılıb.
Lakin karnaval təkcə Braziliyada deyil, Latın Amerikasının digər ölkələrində də bir ənənədir. Bu bayram Boliviya, Çili, Peruda da keçirilir. Braziliyadakından daha az miqyaslı olsa da, öz "sambodromu" olan Argentinada insanların rəngarəng yürüşlərdən həzz alması üçün fevralın 18-i, 19-u və 20-si bayram günləri elan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.