CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Geomaqnit sahəsində qasırğa gözlənilir

Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınıb.
Sputnik
BAKI, 20 fevral — Sputnik. Bu gün geomaqnit sahədə G1-G2 səviyyəli qasırğa gözlənilir. Bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, fevralın 21-də bir qədər sakitləşəcək Geomaqnit sahəsinin fevralın 22-də müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.
Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınıb. Hazırda Geomaqnit sahə sakitdir (1Kp). Proqnoz dövründə (20-22 fevral) kosmik havanın aktivləşəcəyi gözlənilir.
Son 24 saat ərzində Günəş fəallığı zəif olub. Hesabat dövründə maksimum fəallıq 19 fevral saat 12:17-də 3226 oblastında baş vermiş C 6.8 sinifli alışma olub. Günəşin səthində 7 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı isə 112-dir. Alışmalara bağlı olan CME-lər (Caronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeyd olunsa da, Yerə doğru yönəlməsi gözlənilmir. Hazırda Günəşin səthində tac dəlikləri müşahidə olunur.
Geomaqnit sahəsinin fəallığı fevralın 17-də Günəşi tərk etmiş CME səbəbilə 20 fevralda Geomaqnit sahəsində G1-G2 səviyyəli qasırğa gözlənilir. 21 fevralda bir qədər sakitləşmiş Geomaqnit sahəsinin 22 fevralda müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.