HƏRBİ

Azərbaycan Ordusunun zabiti vəfat edib

MN vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına başsağlığı verib
Sputnik
BAKI, 20 fevral - Sputnik. Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - deyə məlumatda bildirilir.
Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.