NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya qazının Ermənistana tədarükü əhəmiyyətli dərəcədə azalıb

“Şimali Qafqaz - Zaqafqaziya” tranzit magistral qaz kəməri qismən bağlanıb
Sputnik
BAKI, 18 fevral - Sputnik. Rusiyanın Stavropol vilayətində “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərinin bağlanması səbəbindən Ermənistana təbii qaz idxalı xeyli azalıb.
Bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.
“Stavropol diyarında yaranan problem səbəbindən “Şimali Qafqaz - Zaqafqaziya” tranzit magistral qaz kəməri qismən bağlanıb və bununla əlaqədar Ermənistana gündəlik təbii qaz idxalı əhəmiyyətli dərəcədə azalıb”, - məlumatda deyilib.
RUSİYA
Qazprom maliyyə cəhətdən tam sabitdir və ölkə iqtisadiyyatına böyük töhfə verir - Miller