HADİSƏ

Psixiatriya Xəstəxanasında insident olub, baş həkim döyülüb

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Sumqayıt Psixiatriya Xəstəxanasında insident olub.
"Report"un məlumatına əsasən, xəstəxanaya müraciət edən şəxs tibb müəssisəsinin baş həkimi Elizbar Bəbirova hücum edərək onu döymək istəyib.
Baş həkim faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib: "Xırdalandan gələn şəxs xəstəxanaya qazi adı ilə müraciət edib. Yersiz hərəkətlər edərək mənə xəsarət yetirməyə çalışdı. Bununla bağlı artıq polisə müraciət edilib".
Faktla bağlı araşdırma aparılır.