HADİSƏ

Ötən gün yol qəzalarında 7 nəfər ölüb

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Ötən gün Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 17-də ölkənin avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda qəza, ölən və yaralananlar var