BAKI, 18 fevral - Sputnik. Kəlbəcərdə növbəti bədbəxt hadisə baş verib.
APA-nın məlumatına əsasən, hadisə Toğanalı-Kəlbəcər tunelində qeydə alınıb.
Həmin tuneldə fəhlə işləyən Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Osman Kaya daş qopması nəticəsində ölüb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.