BAKI, 18 fevral — Sputnik. "Əfsuslar olsun ki, əksər hallarda başlanğıcda ciddi bir şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Elnur Fərəcov deyib.
O bildirib ki, ilkin simptomlar kimi arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olmasını qeyd etmək olar
"Əlavə olaraq, günlük sidiyə getməkdə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahsızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda olan qıcolmalar kimi simptomlar daha sonrakı mərhələdə olan xəstələrdə müşahidə olunur", - deyə mütəxəssis bildirib.
Xroniki böyrək çatışmazlığı və ya xroniki böyrək xəstəliyi böyrəyin zamanla mövcud olan bütün funksiyalarını itirməsi deməkdir. Xroniki böyrək çatışmazlığı xəstəliyi zamanla inkişaf edərək tədricən yaşanır.
Əsas səbəbdən asılı olaraq, böyrək funksiyasını proqressiv itkisi nəticəsində böyrəkləri fəaliyyətsiz hala gətirib çıxara bilir.
Simtomlar, adətən böyrək funksiyaları itirilməyə başlayanda inkişaf etmiş mərhələlərdə baş verir.
Xroniki böyrək çatışmazlığı, adətən ilkin mərhələlərdə səssizcə irəliləyir və heç bir simptom yaratmaya bilir. Lakin, xəstələrdə aşağıdakı əsas əlamətlər müşahidə olunur:
Yorğunluq və zəiflik;
Ürəkbulanma;
Qusma;
Konsentrasiyanın pozulması;
Həddindən artıq su tutma səbəbiylə ayaqlarda şişkinlik;
İştahsızlıq;
Yuxu problemləri və gözlərdə şişlik; xüsusilədə səhərlər
Sidik miqdarının dəyişməsi və gecə tez-tez sidiyə getmə;
Ayaqların və topuqların şişməsi;
Davamlı qaşınma və dəri quruluğu;
Sinə ağrısı əgər maye yığılırsa, ürəyin selikli qişasının ətrafında olur;
Nəfəs darlığı və baş ağrısı və s.
Əgər sizdə də yuxarıdakı əlamətlər varsa, ən qısa zamanda həkimə müraciət etməyiniz məsləhətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.