CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda turizm informasiya mərkəzləri ləğv olunub

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla), Şamaxı, Xaçmaz, Quba, Lənkəran, Gəncə, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı və Bərdədəki turizm informasiya mərkəzləri ləğv olunub.