HADİSƏ

Siyəzəndə yol qəzasında ölənlərdən ikisi müəllimdir

Qəza nəticəsində ölən digər şəxs isə "Opel" markalı nəqliyyat vasitəsində olan sərnişin Qənimət Hümbətovadır.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında ölənlərdən ikisi orta məktəb müəllimidir.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada nəticəsində dünyasını dəyişən iki nəfərin Siyəzənin Məşrif kənd tam orta məktəbinin müəllimləri olduğu bildirilir.
Qəza nəticəsində ölən digər şəxs isə "Opel" markalı nəqliyyat vasitəsində olan sərnişin Qənimət Hümbətovadır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də, Siyəzən rayonu ərazisində baş verib. "Mercedes Vito" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.