TƏHLİL

Rusiyanı üç aya məhv edəcəklərinə söz veriblər

Ukrayna siyasətçilərinin yalnız bir çarəsi qalıb - düşməni qaçılmaz ölümlə hədələmək.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov dünən jurnalistlərə açıqlama verib. Telemarafonun efirində o, həmvətənlərinə söz verib ki, hazırkı münaqişə Rusiyanın dağılması ilə nəticələnəcək.
"Rusiya Federasiyası hazırda olduğu formada dağıdılacaq. Əks halda, bu, təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə yaradacaq", - deyə o, bildirib.
Onun sözlərinə görə, artıq bir neçə aydan sonra hərbi əməliyyatların gedişində dəyişikliklər gözlənilməlidir.
“Mən tam əminəm ki, yayda biz cəbhədə və digər ərazilərdə tam fərqli mənzərə görəcəyik... Görək müharibədən sonra harda və kimin torpağı olacaq”, - deyə Danilov sözünə davam edib.
Bu, yersiz lovğalıqdır yoxsa, yox - bir az sonra anlayacağıq. Əvvəlcə vaxta qərar verək: niyə məhz yayda?
Məsələ burasındadır ki, Ukrayna məhz yayda öz ordusunun Qərbdə - ABŞ və bütün Avropada təlim keçən xeyli hissəsinin geri qayıtmasını gözləyir. Amerikalılar “Patriot” operatorlarını, almanlar və polyaklar “Leopard”lar üçün ekipajlar, britaniyalılar hələ Kiyevə çatdırılmamış döyüş təyyarələri üçün topçular və pilotlar, belçikalılar qarşıdan gələn təxribat üçün sualtı pilotsuz təyyarələr üzrə mütəxəssislərdir hazırlayırlar. Bundan əlavə, Berlin və Paris göstərilən müddətə qədər ümumilikdə 7 min Ukrayna hərbçisi hazırlamağa söz veriblər.
Patriot ZRK
Elə tankların tədarükü də, açıq-aydın, yubanır: Almaniyanın müdafiə naziri Boris Pistorius artıq iki “Leopard 2” batalyonunun əvəzinə Kiyevin bir yarım alacağını bildirib.
Sanki, fərq kritik deyil, amma bir məsələ var. Əvvəlcə iki batalyonun hesabında Alman standartlarına uyğun olaraq 90-dan çox nəqliyyat vasitəsi hesablanacağı güman edilirdi. Daha sonra Berlində aydınlaşdırdılar ki, söhbət Ukrayna batalyonlarından gedir.
Burda isə 60 maşındır. Ümumilikdə Ukrayna Silahlı Qüvvələri gözlənilən 90 tank əvəzinə 47 tank alacaq. İlin sonuna qədər daha 120 köhnə “Leopard 1” gələcək. Bir sözlə, "nə qazanmadı, nə də itirmədi".
Son tarixləri anladıq, bəs belə radikal ritorikaya səbəb nədir?
Bu həftə “The Washington Post” qəzetində Vaşinqtondan Kiyevə xəbərdarlıq edən məqalə dərc olunub. Məqalədə münaqişənin Ukrayna üçün həlledici məqama yaxınlaşdığı qeyd olunub. Nəşrin Ağ Evdəki mənbələri etiraf edirlər ki, Amerika hakimiyyəti öz himayədarlarına kömək edəcəyinə söz verib. Bununla belə, məşhur ifadə olan - "nə qədər lazımdırsa" - dəstəyin miqdarını deyil, münaqişənin müddətini ifadə edir. Başqa sözlə desək, nə qədər ki, Zelenski ukraynalıları səfərbərliklə üyüdür, pul olacaq, amma nəticələr Qərb kuratorlarını heyran etməsə, nə qədər uzaq olsa, bir o qədər az olacaq.
Eyni zamanda, nəşr qeyd edir ki, yanvarda Kiyevə səfər etmiş amerikalı rəsmilər, dövlət katibinin müavini Vendi Şerman və Pentaqon rəhbərinin müavini Kolin Koul Ukrayna rəhbərliyinə məhz bu fikri çatdırmalı idilər.
Leopard 2 tankı
Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-ya üzv ölkələrin müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra bu yaxınlarda etdiyi çıxışı da oxşar şəkildə qəbul etmək olar. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri həddən artıq çox sursat xərcləyir və onlar daha seçici hərəkət etməlidirlər. Bu da başa düşüləndir: alyansın anbarlarındakı ehtiyatlar rezin deyil. Uolles əlavə edib ki, hazırda Britaniyada təlim keçən ukraynalı topçular “qənaətə mübarizə aparmağı” öyrənirlər.
Kiyev artilleriya çatışmazlığını piyadalarla ilə əvəz etmək qərarına gəlib, amma burada da uğursuzluq var - səfərbərlik insanları yorub. İnternetdə isə getdikcə daha çox aşağıdakı mövzuda videolar görünür: hərbi qeydiyyat və komissarlıq işçiləri ictimai nəqliyyatda çağırış vərəqələrini paylayır, sənədləri imzalamaqdan imtina edən insanları isə döyür, onları zorla sürükləyirlər. Ümumiyyətlə isə, bunu arzulayanlar çox azdır: Kiyevin fikrincə, elə bir “strateji əhəmiyyəti olmayan”, lakin nədənsə Ukrayna Silahlı Qüvvələrinin onun uğrunda gedən döyüşlərdə hər gün böyük itkilər verdiyi Artyomovsk nümunəsi heç kimə ilham vermir.
Ona görə də, bütün bu xəbərlər fonunda Ukrayna siyasətçilərinin “de və ya et” siyasi çəngəlindən yalnız bir çarəsi qalıb - düşməni qaçılmaz ölümlə hədələmək. Beləliklə, onlar dəstəyin dayanmayacağı ümidi ilə Vaşinqtona sadiqliklərini hər cür nümayiş etdirirlər.
Bundan başqa, Danilovun səsləndirdiyi kimi bəyanatlar da danışıqların yolunu kəsib. Bu isə Kiyev üçün sərfəlidir, çünki Zelenski rejimi ancaq münaqişə davam etdikcə mövcuddur. İşin başqa tərəfi odur ki, ukraynalıların özlərinin həyatı, bundan heç də yüngülləşmir.
Yuxarıdakı bütün bu deyilənlərə baxmayaraq, düşməni qiymətləndirməməkdən çəkinməlisiniz. Münaqişə zamanı Ukrayna ordusunun sayı ən azı 700 min nəfərlik gücə çatıb. Tərəfdaşlardan silah tədarükü isə Kiyevdə gözlənilən sürətlə olmasa da, hələ də davam edir. Lakin Ukrayna hakimiyyətinin və onların Qərb ağalarının Rusiyanı indiki formada məhv etmək niyyətlərinin səmimiliyinə şübhə yoxdur.
Rusiyanın isə Ukraynadan fərqli olaraq güclü sponsorları yoxdur, elə bu səbəbdən bizim “danışmağa” kimsəmiz yoxdur. Odur ki, Rusiya ancaq əməli işə üstünlük verməlidir.
David Narmaniya
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.